Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB

Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB Avqustun 20-də 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hadisə
20 Avqust , 2024 07:40
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.

06:09

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə N.Çıraqovanın övladı, 2003-cü il təvəllüdlü Çıraqov Rəşad Xalid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi