Mingəçevirdə 3 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Mingəçevirdə 3 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb Mingəçevir şəhərində mənzillərdən oğurluq edən şəhər sakini tutulub
Hadisə
22 Aprel , 2019 11:45
Mingəçevirdə 3 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
0 : 00
0 : 00

Mingəçevir şəhərində mənzillərdən oğurluq edən şəhər sakini tutulub

"Report"un Qarabağ mərkəzinin xəbərinə görə, Mingəçevir şəhər sakinləri mənzillərindən qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etdiyinə görə tutulan Afiq Əliyevin ətrafında istintaq tədbirləri ilə onun şəhər ərazisindəki 2 evdən qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib. A.Əliyev oğurladığı qızıl-zinət və məişət əşyalarını dəyərindən aşağı qiymətə satdığını bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi