Mingəçevirdə 10 yaşlı uşağı maşın vurub

Mingəçevirdə 10 yaşlı uşağı maşın vurub Hadisə uşaq Sənaye Parkı yaxınlığında yolu keçmək istəyən zaman baş verib
Hadisə
26 Noyabr , 2017 22:37
Mingəçevirdə 10 yaşlı uşağı maşın vurub

Mingəçevir. 26 noyabr. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında yolu keçmək istəyən 2007-ci il təvəllüdlü şəhər sakini Natiq Niyazi oğlu Novruzovu “VAZ-2107” markalı maşın vuraraq ona xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Körpücük sümüklərində sınıqlar yaranmış azyaşlı dərhal əməliyyat olunub. Əməliyyat sonrası yaralı uşağın vəziyyəti sabitləşib, müalicəsi davam edir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi