Füzulidə itkin düşən hərbçi 30 il sonra Biləsuvarda dəfn olunub - YENİLƏNİB

Füzulidə itkin düşən hərbçi 30 il sonra Biləsuvarda dəfn olunub - YENİLƏNİB Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Babaşov Əhməd Tahir oğlunun nəşi dəfn edilməsi üçün Biləsuvar rayonunun Bağbanlar kəndinə
Hadisə
28 Sentyabr , 2023 14:23
Füzulidə itkin düşən hərbçi 30 il sonra Biləsuvarda dəfn olunub  - YENİLƏNİB

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əhməd Babaşovun meyitinin qalıqları Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub.

“Report”un Muğan bürosunun məlumatına görə, şəhidlə əvvəlcə doğulduğu evdə vida mərasimi keçirilib.

Daha sonra şəhidin nəşi kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

12:42

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Babaşov Əhməd Tahir oğlunun nəşi dəfn edilməsi üçün Biləsuvar rayonunun Bağbanlar kəndinə gətirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, hazırda şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir.

Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhidin nəşi kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ə.Babaşov 1974-cü il noyabrın 1-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Ə.Babaşova məxsus olduğu təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi