Metronun "Nəsimi" stansiyasında gənc oğlan relsin üzərinə yıxılıb

Metronun "Nəsimi" stansiyasında gənc oğlan relsin üzərinə yıxılıb Nəsimi Paşayev: “Sərnişin heç bir xəsarət almayıb”
Hadisə
12 Dekabr , 2017 13:02
Metronun Nəsimi stansiyasında gənc oğlan relsin üzərinə yıxılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "Nəsimi" stansiyasında 30 yaşlı gənc relsin üzərinə yıxılıb.

“Report” xəbər verir ki, bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: "Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oktay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini deyib".

Son xəbərlər

Orphus sistemi