Məhkəməyə gəlmədiyinə görə axtarışa verilən şəxs həbs edilib

Məhkəməyə gəlmədiyinə görə axtarışa verilən şəxs həbs edilib Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
25 İyun , 2019 16:19
Məhkəməyə gəlmədiyinə görə axtarışa verilən şəxs həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə icraatın yeniləndiyi elan edilib.

Hakim bildirib ki, 2018-ci ilin noyabr ayından baxılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməyən M.Niftəliyev son məhkəmə proseslərində iştirak etməyib. Bu səbəbdən may ayında onun barəsində axtarış elan edilib və icraat dayandırılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Niftəliyevi saxlayaraq aidiyyəti üzrə təhvil verib və onun barəsində həbs qətimkan tədbiri seçilib. İcraatın yeniləndiyini deyən hakim növbəti prosesi iyulun 4-nə təyin edib.

Qeyd edək ki, Mahir Niftəliyev vətəndaş Sultanov Vidadi Şərafəddin oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.  

Son xəbərlər

Orphus sistemi