Məhkəmə şirkətə yazılan cəriməni ləğv etdi

Məhkəmə şirkətə yazılan cəriməni ləğv etdi “Euro Door” MMC-nin inzibati məsuliyyətə cəlb edilərək 2 688 ABŞ dolları cərimələnməsi barədə icraata xitam verilib.
Hadisə
18 İyun , 2020 17:00
Məhkəmə şirkətə yazılan cəriməni ləğv etdi
pexels.com

“Euro Door” MMC-nin inzibati məsuliyyətə cəlb edilərək 688 ABŞ dolları cərimələnməsi barədə icraata xitam verilib.

"Report"un xəbərinə görə, bununla bağlı Nizami Rayon Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdi.

Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək işi baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmışdı.

Nizami Rayon Məhkəməsi işə yenidən baxaraq “Euro Door” MMC barədə inzibati icraata xitam verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ”Euro Door” şirkəti Avropanın avtomatika sektorunda tanınan “Boon Edam” (Hollandiya), “LİFE” (İtaliya), “GİLGEN” (İsveçrə) kimi markaların Azərbaycandakı rəsmi distributorudur.

Avtomatik açılıb-bağlanan, fırlanan qapı sistemləri, turniketlər və s. məhsulların satışı ilə yanaşı, quraşdırılmasını və servis xidmətini də həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi