Məhkəmə prokurorun bəraət alan şəxslə bağlı protestini təmin etməyib

Məhkəmə prokurorun bəraət alan şəxslə bağlı protestini təmin etməyib Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
16 Aprel , 2019 11:22
Məhkəmə prokurorun bəraət alan şəxslə bağlı protestini təmin etməyib
Report

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, podoratçi şirkətin rəhbəri olan M.Əhmədov Cahangir Alışov və digər şəxslərə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət hökmü çıxarıb. M.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti verib.

Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.

Son xəbərlər

Orphus sistemi