Məhkəmə evindən oğurluq olan BDU-nun professorunun apellyasiya şikayətini təmin etməyib

Məhkəmə evindən oğurluq olan BDU-nun professorunun apellyasiya şikayətini təmin etməyib Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub
Hadisə
15 Mart , 2018 10:07
Məhkəmə evindən oğurluq olan BDU-nun professorunun apellyasiya şikayətini təmin etməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 15 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın barəsində olan hökmdən zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. İttiham aktına əsasən, o, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə ittiham olunub. O, 5 uşaq anasıdır.

O, məhkəmə müddətində ittihamda qeyd edilənlərlə razılaşmadığını söyləyib. İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyib. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə iclasda elan edilib ki, M.Quliyeva 5-ci dəfə ana olub. Hakim qeyd edib ki, M.Quliyeva 2017-ci il dekanrın 30-da 5-ci övladını dünyaya gətirib: "Bu səbəbə görə də məhkəmə iclası uzanıb".

Məhkəmənin hökmü ilə M.Quliyeva 4 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının təzə doğulmuş körpəsi 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb. Hökmdən narazı qalan zərərçəkmiş Aidə İbrahimova apellyasiya şikayəti verib.

Xatırladaq ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.

Son xəbərlər

Orphus sistemi