Yuxarı
    Bağlamaq

    Məhkəmə “Azərbaycan Beynəlxalq Bankı”nın işi üzrə ekspertiza təyin edib

    Hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Rus-Tur” MMC və Hüseynov Xəyyam Hüseyn oğluna qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.

    “Report”un məlumatına görə, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

    Məhkəmənin qərarına əsasən, iş üzrə ekspertiza təyin edilib.

    Qeyd edək ki, bu il bank MMC-ni məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsinə müraciət edən ASC ipoteka predmetinin boşaldılması, qeydiyyata xitam verilməsi, hərracdan satılması nəticəsində əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib.

    Qərardan narazı qalan hər iki tərəf ayrı-ayrılqıda apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi