Yuxarı

Məhkəmə 1,6 kq narkotik maddə ilə tutulan şəxsə 9 il həbs cəzası verib

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən proses başa çatıb

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Z.Nəsrullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış aparılarkən kustar üsulla hazırlanmış 1600 qram narkotik vasitə aşkarlanıb.

Z.Nəsrullayevin ödənilməmiş məhkumluğu qalıb. Belə ki, o, 2008-ci ildə Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi