​Maştağa sakinini öldürən şəxsə hökm oxunub

​Maştağa sakinini öldürən şəxsə hökm oxunub O, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
6 Yanvar , 2016 15:57
​Maştağa sakinini öldürən şəxsə hökm oxunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini öldürməkdə təqsirləndirilən Müseyib Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Həsənov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun aynın 10-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarəti yetirib və hadisə yerini tərk edib. Ağır bıçaq yarası alan Ş.Kərimov hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulub.

Son xəbərlər

Orphus sistemi