Masazırda motosikletçi qəzaya düşərək xəsarət alıb

Hadisə
  • 08 noyabr, 2022
  • 04:02
Masazırda motosikletçi qəzaya düşərək xəsarət alıb

Abşeron rayonu Masazır qəsəbəsində 22 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 2000-ci il təvəllüdlü Ağayev Bünyamin idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.