Masazırda 54 yaşlı qadını maşın vurub

Masazırda 54 yaşlı qadını maşın vurub Abşeron rayon Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Hadisə
3 İyun , 2019 06:20
Masazırda 54 yaşlı qadını maşın vurub

Abşeron rayon Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, 1965-ci il təvəllüdlü Məmmədova Sevda Həzi qızı yolu keçərkən yüksək sürətlə gələn avtomobil onu vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona soldan qabırğalarının və baza sümüyünün sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi