Lənkəranda xəsarətlə nəticələnən yol qəzası elektrik xəttini sıradan çıxarıb, Masallının kəndi işıqsız qalıb.
''Report''un Cənub bürosunun verdiyi məlumata görə hadisə Lənkəran - Boradigah yolunun Lənkəranın Zövlə kəndində baş verib.
Belə ki, rayonun Şağlaser kənd sakini, 1999-cu il təvəllüdlü Məhəmmədhüseyn Rüstəm oğlu Həsənovun idarə etdiyi "Rover" markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb və elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətləri alıb.
Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Elektrik dirəyinin aşması nəticəsində Masallı rayonunun Rüdəkənar kəndinin bir hissəsi işıqsız qalıb. İlkin məlumata görə, hadisəyə qarşı tərəfdən hərəkətdə olan ''Mercedes'' markalı avtomobilin qəza şəraiti yaratması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.