Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat olub
Hadisə
- 19 dekabr, 2014
- 11:05
Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. Hüquq-mühafizə orqanlarından "Report"a daxil olan məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) yeni rəis təyin edilib. Belə ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru Əbülfət Abdullayev təyin olunub.
Xatırladaq ki, Suraxanı RPİ, CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov olub. Ə.İsmayılov bir müddət əvvəl işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunsa da, sonradan Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin edilib.
Son xəbərlər
04:06
ÜST meymunçiçəyi ilə bağlı Moskvadakı vəziyyəti izləyir
Region03:33
BVF Venesuela ilə əməkdaşlığı bərpa edib
Maliyyə03:02
"Reuters": İrandakı müharibə ABŞ-ni Aİ tərəfdaşlarına silah tədarükünü gecikdirməyə məcbur edir
Digər ölkələr02:44
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Region02:22
İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Digər ölkələr01:44
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Digər ölkələr01:09
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Futbol00:58
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Futbol00:57