Masallıda yol qəzasında 3 nəfər xəsarət alıb
Hadisə
- 02 yanvar, 2022
- 13:13
Masallıda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Mahmudavar kəndi ərazisində baş verib.
Lənkəran rayon sakini İlqar Bəşirovun idarə etdiyi “VAZ 2107” və Masallı rayonu, Mahmudavar kənd sakini İnqilab Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ 2107"in sürücüsü İlqar Bəşirov, avtomobildə olan daha iki nəfər - Vüsal İsmayılov və Cəsarət Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların hər üçü travmatalogiya şöbəsinə yerləşdirilib.
Qəzaya “Mersedes”in sürücüsünün səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:46
"Formula 2": "Premma Racing"in iki pilotu əsas yarışdan kənarda qalıb
Formula 114:46
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xarici siyasət14:45
Gürcüstan dəmir yolu infrastrukturunun inkişafına 1 milyard dollara qədər vəsait yatıracaq
İnfrastruktur14:35
Şevtsov: Rusiya qazından imtina Ermənistan üçün Aİ ölkələrinə nisbətən daha ağrılı olacaq
Digər ölkələr14:34
Qazaxıstan Orta Dəhliz üzrə yük dövriyyəsinin artacağına ümid edir
Digər ölkələr14:33
Foto
"Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüb
Formula 114:32
Foto
Agro Dairy AGROFERT və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Anlaşma Memorandumu imzalayıb
Biznes14:24
"Apollo": Mərkəzi Asiya xammalının emalı Azərbaycana 15 milyard dollar qazandıra bilər
Biznes14:22