Masallıda polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanıb

Masallıda polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanıb Masallı rayonunda polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanıb.
Hadisə
19 Avqust , 2019 12:05
Masallıda polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanıb

Masallı rayonunda polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanıb. 

"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avqustun 18-də saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

Araşdırmalar zamanı qeyd edilən telefon zənginin Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi