Yuxarı

Masallıda ot bağlaması ilə yüklənmiş avtomobil yanıb

Alov tövlədə əvvəldən yüklənmiş 500 bağlama otu da külə döndərib

Bakı. 20 iyun. REPORT.AZ/ Masallı rayonunda yük maşını yanıb.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Xanalion kənd sakini Əlizadə Ağayev paybəlli torpaq sahəsindəki arpa zəmisini biçdikdən sonra təxminən 150 bağlama samanı "Qaz 66" markalı yük maşını ilə həyətinə gətirib. 

Ancaq sürücü avtomobili ot bağlamalarını tövləyə yükləmək üçün yaxınlaşdıran zaman yük hissəsi elektrik naqillərinə toxunub. Nəticədə yaranan qısaqapanmadan yanğın baş verib. Alov qısa müddətdə bütün maşını bürüyüb. Eyni zamanda, alov tövlədə əvvəldən yüklənmiş 500 bağlama otu da külə döndərib. 

Xanalion kəndi rayon mərkəzindən aralıda yerləşdiyindən yanğınsöndürənlər yanğına mane ola bilməyiblər. Lakin yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hazırda kənddə internet əlaqəsi kəsilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi