Masallıda istirahət mərkəzindən oğurluq edildi

Masallıda istirahət mərkəzindən oğurluq edildi Masallıda oğurluq hadisəsi baş verib.
Hadisə
14 Aprel , 2020 12:18
Masallıda istirahət mərkəzindən oğurluq edildi

Masallıda oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran qrupundan məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki həyətyanı sahələrin birində quraşdırılmış elektrik transformatorunun 4 000 manat dəyərində hissəsini sökərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar N.HüseynovE.Bağırov saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların Səmidxan kənd sakini, əvvəllər məhkum olunmuş N.Ağayev və şəhər sakini, əvvəllər məhkum olunmuş P.Hacıyevlə birgə bir istirahət mərkəzindən və bir avtomobil təmiri sexindən 3 000 manat dəyərində transformator, 450 manat dəyərində su mühərriki, 350 metr elektrik naqili, 1 ədəd samovar və inşaat materialları oğurlamaları da müəyyən edilib.

N.AğayevP.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı P.Hacıyevdən heroin və metamfetamin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi