Masallıda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb

Masallıda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
24 Noyabr , 2017 15:20
Masallıda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb

Masallı. 24 noyabr. REPORT.AZ/ Masallı rayonunda avtomobil qaçıran şəxsin üstündə narkotik maddə aşkarlanıb.

Bu barədə "Report"un Cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, rayonun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov Masallı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ-21011” markalı avtomobilin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub. Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib.

M.Sadıxovun üzərinə baxış keçirilərkən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi