Masallıda 52 yaşlı kişi güllələnib

Masallıda 52 yaşlı kişi güllələnib Masallıda güllələnmə hadisəsi baş verib.
Hadisə
17 Dekabr , 2021 20:40
Masallıda 52 yaşlı kişi güllələnib
0 : 00
0 : 00

Masallıda güllələnmə hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Qarğalıq kəndində baş verib.

Belə ki, 1969-ci il təvəllüdlü Ağamalıyev Balayar Fətulla oğlu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona döş qəfəsinin sol nahiyəsinin odlu silah yarası diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, B.Ağamalıyev Bakıda yaşayır. Qarğalıq kəndində yeni ev tikdiyindən qardaşı ilə aralarında münaqişə yaranıb. Hadisə də həmin həyətdə baş verib. Lakin hadisənin təfərrüatı hələlik məlum deyil. Onun necə və kim tərəfindən vurulduğunu görən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi