Masallı-Yardımlı yolunda baş verən qəzada bir nəfər ölüb

Hadisə
  • 02 iyul, 2015
  • 10:24
Masallı-Yardımlı yolunda baş verən qəzada bir nəfər ölüb

Bakı. 2 iyul. REPORT.AZ/ Masallı-Yardımlı yolunun 4-cü km-də, Qəriblər kəndindən keçən hissəsində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 

"Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü Bəxtiyar Mirişov idarə etdiyi BMW markalı 99 DE 726 dövlət nömrə nişanlı maşın eyni istiqamətdə hərəkət edən "VAZ 2107" markalı 44 BJ 408 dövlət nömrə nişanlı avtomobilə toqquşub.

BMW-nin sürücüsü B.Mirişov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Hadisə nəticəsində "VAZ 2107"-nin sürücüsü, 1993-cü il təvəllüdlü Tural Rəcəbli yüngül yaralanıb, maşındakı sərnişin 1994-cü il təvəllüdlü Teymur Qasımov sağ qolundan xəsarət alıb. 

Qəza yerinə gələn yol polisi əməkdaşları yol-nəqliyyat hadisəsinə BMW markalı avtomaşının sürücüsünün səbəb olduğunu, onun ötmə qaydasını pozduğunu, sürət həddini aşdığını və nəticədə idarə etdiyi avtobobilin qəzaya uğradığını deyiblər. 

Faktla bağlı araşdırma aparılır.