Masallıda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub

Hadisə
  • 15 dekabr, 2021
  • 14:06
Masallıda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub

Masallı rayonunda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, bunlar 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərovdur.

Onların yanmış meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə dekabrın 15-də rayonun Güllütəpə kəndində qeydə alınıb.

44 - Tezliklə