"Lotu Quli"nin yaxın adamının məhkəməsində polis əməkdaşı ifadə verib - ƏLAVƏ OLUNUB

"Lotu Quli"nin yaxın adamının məhkəməsində polis əməkdaşı ifadə verib - ƏLAVƏ OLUNUB Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Hadisə
13 Sentyabr , 2017 12:10
Lotu Qulinin yaxın adamının məhkəməsində polis əməkdaşı ifadə verib - ƏLAVƏ OLUNUB

Bakı. 13 sentyabr. REPORT.AZ/ Daha sonra prosesdə digər polis əmədaşı Kənam Məmmədxanlı dindirilib. 

"Report"un məlumatına görə, o, özündən əvvəl ifadə verən polis əməkdaşının dediyi fikirlərlə eyni sözlər söyləyib. 

Bu zaman təqsirləndirilən şəxs etiraz edib. O, polislərin düzgün danışmadığını qeyd edib.

Polis əməkdaşı isə bildirib ki, hadisə zamanı şahidi olduqlarını danışır. 

Proses sentyabrın 20-də davam etdiriləcək.


***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov ifadə verib.

O bildirib ki, ötən ilin mart ayında Nəsimi rayonu ərazisində Nəsimi Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olub: "Məlumatda həmin şəxsin narkotik alveri ilə məşğul olduğu bildirilib. Biz də əməliyyat keçirib onu saxladıq. Üzərinə baxış aparılan zaman onun cibindən "iPhone" markalı telefon və 200 qramdan çox narkotik maddə aşkarlandı. Bunu protokollaşdırdıq. Sonra maşında axtarış apardıq. Silah və 16 ədəd patron götürüldü. Maşından da 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri var idi. Bizim qrupdan başqa Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da axtarışda olub. Ona heç bir təzyiq və işgəncə olmayıb".

Təqsirləndirilən M.Namazov polisin yalan danışdığını deyib.

İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir. 

Xatırladaq ki, “Lotu Quli” hazırda 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkir.

Son xəbərlər

Orphus sistemi