Lökbatanda qonağını qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkuma hökm oxunub

Lökbatanda qonağını qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkuma hökm oxunub Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Hüseynov İsgəndər Şükür oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
14 İyun , 2018 11:26
Lökbatanda qonağını qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkuma hökm oxunub
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Hüseynov İsgəndər Şükür oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxşında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Həmin ərazidə Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İ.Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb.

O, Lökbatan qəsəbəsində kirayədə yaşayırmış. Həmyerlisi İ.Mirzəyev həmin gün onun kirayədə yaşadığı evə qonaq gəlib. Yeyib-içən tanışlar sonda mübahisə ediblər. Mübahisə qanlı olayla nəticələnib.

O, Cinayət Məcəlləsinin 120.2.9-cu (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Məhkəmədə məlum olub ki, İ.Hüseynov Moskvada saxta sənəd hazırladığına və narkotik maddə daşıdığına görə 2006-cı ildə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi