Bakıda televiziyanın avtomobili yanıb - VİDEO
- 16 oktyabr, 2015
- 10:54
Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün "Lider" televiziyasına məxsus "Ford" markalı 90-AX-963 dövlət nömrə nişanlı avtomobil Mətbuat prospekti istiqamətində gedərkən qəflətən yanmağa başlayıb. "Report" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Millî Savunma Bakanı Yaşar Güler ile Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov, IDEF 2025 Fuarı’nda bir görüşme gerçekleştirerek müteakiben “Karşılıklı Askerî Güvenliğin Güçlendirilmesine İlişkin Mutabakat Muhtırası”nı imzaladı.#MillîSavunmaBakanlığı#YaşarGüler pic.twitter.com/YBA57FIO6o
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 22, 2025