Lerikdə yük maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Lerikdə yük maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB Qəzaya yüksək sürət səbəb olub
Hadisə
10 Mart , 2018 06:11
Lerikdə yük maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Lerik. 10 mart. REPORT.AZ/ Lerik rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralan şəxslərin adı məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində QAZ-66" markalı yük maşınının yoldan çıxaraq dərəyə aşıb. Nəticədə maşının kabinəsində olan 1984-cü təvəllüdlü Ağayev Kamal Cəfər oğlu dünyasını dəyişib.

Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Əhədov Babek Xəlil oğlu və 1985-ci il təvəllüdlü Hüseynov Zaur Atakişi oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə zamanı zərər çəkmiş şəxslərin hamısı Piran kənd sakinləridirlər.

Qəzaya yüksək sürət səbəb olub.


***5:28

Lerik. 10 mart. REPORT.AZ/ Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində qeydə alınıb. 

İlkin məlumata görə, "QAZ-66" markalı yük maşınının yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi