​Lerikdə üçotaqlı ev yanıb

​Lerikdə üçotaqlı ev yanıb Yanğın səhər saatlarında söndürülüb
Hadisə
22 Yanvar , 2015 08:17
​Lerikdə üçotaqlı ev yanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Lerik rayonunun Rəzgov kəndində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları, damına yığılmış 3 ot bağlaması və evə bitişik tövlənin çardağının yanar konstruksiyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın səhər saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi