Lerikdə qonşular arasında kütləvi dava düşüb, bir nəfərin hər iki qulağı kəsilib - FOTO

Lerikdə qonşular arasında kütləvi dava düşüb, bir nəfərin hər iki qulağı kəsilib - FOTO Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
28 May , 2016 10:36
Lerikdə qonşular arasında kütləvi dava düşüb, bir nəfərin hər iki qulağı kəsilib - FOTO

Lerik. 28 may. REPORT.AZ/ Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb. 
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə otlaq sahələri üstündə gedən münaqişə zəminində baş verib.

Hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Lənkəran RMX-dan "Report"a bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib". 

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi