Lerikdə məktəblinin zorlanmasına görə müəllim həbs edildi

Lerikdə məktəblinin zorlanmasına görə müəllim həbs edildi Lerik rayonunda məktəb müəllimi Şəfahət Məmmədov saxlanılıb.
Hadisə
8 Aprel , 2020 10:40
Lerikdə məktəblinin zorlanmasına görə müəllim həbs edildi

Lerik rayonunda məktəb müəllimi Şəfahət Məmmədov saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib

Onun sözlərinə görə, faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdi (təvəllüdü 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüdü 1961-ci il) 5 aylıq hamilə olduğu barədə məlumat yayılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab edib.

Son xəbərlər

Orphus sistemi