Lerikdə evdə partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
- 17 dekabr, 2023
- 17:06
Lerikdə evdə partlayış olub, iki nəfər xəsarət alıb.
"Report"un cənub bürosunun məlumatına görə hadisə axşam saatlarında rayonun Noda kəndində baş verib.
Belə ki, rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova maye qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:44
Foto
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Daxili siyasət08:43
"Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib
Media08:17
Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Region08:01
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Daxili siyasət07:55
Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
Digər ölkələr07:14
Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Digər ölkələr06:43
Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
Digər ölkələr06:20
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Digər ölkələr05:55