Lerikdə avtomobil aşıb, ölən var - YENİLƏNİB

Hadisə
  • 15 oktyabr, 2018
  • 11:13
Lerikdə avtomobil aşıb, ölən var - YENİLƏNİB

Lerik. 15 oktyabr. REPORT.AZ/ Lerik rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adı məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Vijaker kənd sakini, Nazim Şərifov idarə etdiyi “QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə N.Şərifov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin, rayonun Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb.

Faktla bğlı Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


***12:48

Lerik. 15 oktyabr. REPORT.AZ/ Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə oktyabrın rayonun Vıjaker kəndi ərazisində qeydə alınıb. 

Belə ki, çətin relyefə malik olan ərazidə hərəkətdə olan “QAZ-66” markalı avtomobil idarəetmədən çıxaraq yolunkənarındakı dərəyə aşıb. 

Hadisə şahidlərinin verdiyi çəlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1-i isə yaralanıb. 

Faktla bağlı araşdırmalara başlanlıb. 

44 filmi