Lerikdə bir ailənin 4 üzvünün ölümünə səbəb olan bədbəxt hadisənin səbəbi məlum olub

Lerikdə bir ailənin 4 üzvünün ölümünə səbəb olan bədbəxt hadisənin səbəbi məlum olub Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən faciənin səbəbi məlum olub. “Report”un cənub bürosunun məlumatına görə Lerikdə bir ailənin 4 üzvünün cərəyan vurması nəticəsində ölməsinin səbəbi məlum olub. Belə ki, rayonun Tikəband kənd sakini 1941-ci il təv
Hadisə
23 Aprel , 2023 17:58
Lerikdə bir ailənin 4 üzvünün ölümünə səbəb olan bədbəxt hadisənin səbəbi məlum olub

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin səbəbi məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.

Elektrik xəttini qoşan qadını cərəyan vurub və o, hovuza yıxılıb. Nasosun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatını itirib.

Qeyd edək ki, onlar bir ailənin üzvləridir.

Son xəbərlər

Orphus sistemi