Yuxarı
    Bağlamaq

    Lerik rayon Post Patrul Xidmətinin rəisi yol qəzasına düşüb - VİDEO

    Qəza zamanı iki polis maşını toqquşub

    Lənkəran. 23 sentyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib.

    "Report"un Cənub bürosu xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında Lerik Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə aid iki avtomaşın toqquşub.

    Əks istiqamətlərdə hərəkətdə olan "Hundai" və "Fiat" markalı avtomobillərin toqquşması zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Polis əməkdaşı olan Lerik rayonu Günəşli kənd sakini Samir Hüseynovun idarə etdiyi avtomaşında qəza zamanı Post Patrul Xidmətinin rəisi, Lənkəran sakini Rusif Canməmmədov da olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi