Lənkəran icra başçısının qardaşı ehtiyatsızlıq nəticəsində həyatını itirib - YENİLƏNİB

Lənkəran icra başçısının qardaşı ehtiyatsızlıq nəticəsində həyatını itirib - YENİLƏNİB Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.
Hadisə
26 İyul , 2023 22:10
Lənkəran icra başçısının qardaşı ehtiyatsızlıq nəticəsində həyatını itirib - YENİLƏNİB

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranaraq özünə atəş açıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saat 17:00 radələrində rayonun Pirəköcə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə ov tüfəngini təmizləyərkən ehtiyatsızlıq edib və silah onun əlində açılıb.

Nəticədə Azər Qaraşov qarın nahiyəsindən ağır xəsarət alıb və o elə hadisə yerindəcə dünyasını dəyişib. Bundan sonra hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

19:09

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Bu barədə "Report"a Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

Hadisə onun yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi