Yuxarı
    Bağlamaq

    ​Lənkəranda bıçaqlanma hadisəsi baş verib - FOTO

    O, boyun və əl nahiyəsindən bıçaq zərbələri alıb.

    Bakı. 9 may. REPORT.AZ/ Lənkəranın dəniz sahilində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, Lənkəran şəhər, Vağzal küçəsi 22 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Əzimzadə Yunis Elşad oğlu dostları ilə dəniz kənarına balıq tutmağa gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb.

    O, boyun və əl nahiyəsindən bıçaq zərbələri alıb.

    Xəstəxanaya çatdırılmış yeniyetməyə hazırda ilkin tibbi yardım göstərilir.

    Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi