Lənkərandan Neftçalaya toya gələn şəxs qəfildən ölüb - YENİLƏNİB

Hadisə
  • 27 noyabr, 2017
  • 05:47
Lənkərandan Neftçalaya toya gələn şəxs qəfildən ölüb - YENİLƏNİB
Report

Neftçala. 27 noyabr. REPORT.AZ/ Lənkəran rayonundan Neftçalaya toya gələn şəxs qəfildən ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində yerləşən "Kür-Xəzər" şadlıq sarayında qeydə alınıb. 

Belə ki, Lənkəran rayonunun Mamusta kənd sakini, 1958-ci il təvəllüdlü Arif Vəli oğlu Bəqiyevin toy mərasimində halı pisləşib və o, özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. 

A.Bəqiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasın dəyişib.


***9:21

Neftçala. 27 noyabr. REPORT.AZ/Neftçala rayonunda toy mərasimində ölüm hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində yerləşən "Kür-Xəzər" şadlıq sarayında qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 55-60 yaşlarında olan kişi qəfildən ölüb. 

Məlumata görə, toy iştirakıçısı olan şəxsin mərasim zalında halı pisləşərək özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.