Lənkəranda yetkinlik yaşına çatmayanlardan ibarət oğurluq edən dəstə tutulub - FOTO

Lənkəranda yetkinlik yaşına çatmayanlardan ibarət oğurluq edən dəstə tutulub - FOTO Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
5 Yanvar , 2016 13:37
Lənkəranda yetkinlik yaşına çatmayanlardan ibarət oğurluq edən dəstə tutulub - FOTO

Bakı. 5 yanvar. REPORT.AZ/ Lənkəranda silsilə oğurluqlar edən beş nəfərdən ibarət dəstə zərərsizləşdirilib. "Report" xəbər verir ki, yetkinlik yaşına çatmayan, oğurluqla məşğul olan dəstə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. 

Lənkəran ŞRPŞ-dən "Report"a bildirilib ki, dəstə üzvlərindən iki nəfər Bakı şəhər sakini, üç nəfər isə Lənkəran sakini olub və onlar Lənkəran şəhəri ərazisində müxtəlif vaxtlarda oğurluqlar ediblər: "Dəstə üzvləri, ilk olaraq,  dekabrın 30-da, gecə vaxtı  Lənkəran şəhəri, Nizami küçəsindəki qəzet köşkündən 600 manat dəyərində tütün məmulatları, 130 manat dəyərində mobil danışıq kartları və 70 manat nağd pul götürüblər. Daha sonra "Maqnit" mağazasından seyf və 50 manat nağd pulu mənimsəyiblər. Bundan əlavə yanvarın 2-dən 3-nə keçən gecə Liman şəhəri ərazisində ərzaq mağazasından ərzaq məhsulları və 200 manat nağd pul, yanvarın 3-dən 4-nə keçən gecə isə Həzi Aslanov küçəsində yerləşən gül və hədiyyə aksesuarları dükanından 350 manat dəyərində gümüş üzük və bilərziklər, 80 manat dəyərində alışqanları mənimsəyiblər. Daha sonra eyni tarixdə Zərifə Əliyeva küçəsindəki "Zəhra" mağazasından 865 manat dəyərində gümüş məmulatları və 150 manat nağd pulu oğurlayıblar. Lənkəran şəhərindəki "Ovçular" mağazasına giriş qapısının üzərində olan dəmir jalüzü açaraq, mağazaya daxil olan dəstə üzvləri mağazadan dəyəri  2100 manat olan iki ədəd ov silahını oğurlayıblar. Saxlanılaraq istintaqa cəlb olunan Rzayev Ağa Zakir oğlu, Məmmədov Nihad Süleyman oğlu, Quluzadə Vüsal Elman oğlu, Rzazadə Famil Allahverdi oğlu və Bədəlov Taleh Heydər oğlu törətdikləri əməlləri etiraf ediblər.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi