Lənkəranda 87 yaşlı qadın quyuya düşüb

Lənkəranda 87 yaşlı qadın quyuya düşüb Lənkəranda quyuya düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.
Hadisə
6 İyun , 2023 12:16
Lənkəranda 87 yaşlı qadın quyuya düşüb

Lənkəran rayonunda 87 yaşlı qadın quyuya düşüb.

Bu barədə “Report”un Cənub bürosu xəbər verir.

Qeyd edilib ki, rayonun Tütəpeştə kəndində bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə məlumat daxil olub.

Dərhal əraziyə xilasedicilər cəlb olunub. Görülən tədbirlər nəticəsində quyuda olan kənd sakini, 1936-cı il təvəllüdlü Cahangirova Arifə Möhsün qızı xilas edilib.

Son xəbərlər

Orphus sistemi