Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb. “Report”un cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Gərmətük kəndi ərazisində qeydə alınıb.
Hadisə
2 Oktyabr , 2023 16:33
Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

“Report”un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Gərmətük kəndi ərazisində qeydə alınıb.

10 OG 379 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobusun 77 AC 245 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobillə toqquşması nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991-ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001-ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini, 1994-cü il təvəllüdlü İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005-ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006-cı il təvəllüdlü Nurşad Cəfərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılar xəstəxananın acil şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi