Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəranda ikimərtəbəli ev yanıb Lənkəranda iki mərtəbəli evdə yanğın başlayıb.
Hadisə
24 Sentyabr , 2021 12:45
Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəran rayonunda ikimərtəbəli evdə baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın, mətbəxin və aynabəndin yanar konstruksiyaları 73 m² sahədə, dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12.04

Lənkəran rayonunda ikimərtəbəli evdə yanğın başlayıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə şəhərin Çayqırağı məhəlləsində baş verib.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Son xəbərlər

Orphus sistemi