Lənkəranda doğuş zamanı əkiz körpələr ölüb - FOTO - YENİLƏNİB

Lənkəranda doğuş zamanı əkiz körpələr ölüb - FOTO - YENİLƏNİB Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
9 Yanvar , 2018 11:41
Lənkəranda doğuş zamanı əkiz körpələr ölüb - FOTO - YENİLƏNİB
Report

Lənkəran. 9 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda doğuş zamanı əkiz körpələr kuveysdə ölüb.

Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər körpələrin 7 aylıq dünyaya gətiririlməsinə qərar veriblər. Körpələrdən biri qız, biri oğlan olub. Doğuş zamanı əkiz körpələr dünyasını dəyişib. Körpələrin meyiti ekspertizaya verilib. 

Məlumata görə, bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.


***11:38

Lənkəran. 9 yanvar. REPORT.AZ/ Lənkəranda doğuş zamanı əkiz körpələr ölüb. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib. Körpələrdən biri qız, biri isə oğlan olub. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi