Lənkəranda avtobus piyadanı vuraraq öldürüb

Lənkəranda avtobus piyadanı vuraraq öldürüb DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub. Piya
Hadisə
30 Aprel , 2024 15:50
Lənkəranda avtobus piyadanı vuraraq öldürüb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-u saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada, 1939-cu il təvəllüdlü İ.İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi