Lənkəranda baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB
- 19 mart, 2024
- 14:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəranda baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.
"Report"un Cənub bürosunun məlumatına görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb.
2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
17:56
Lənkəran rayonunda ağır yol qəzası olub.
"Report"un cənub bürosunun məlumatına görə, yol qəzası rayonun Liman şəhəri ərazisində baş verib.
Belə ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.