Lənkəranda 4 piyadanı avtomobil vurub

Lənkəranda 4 piyadanı avtomobil vurub Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
5 Dekabr , 2016 20:52
Lənkəranda 4 piyadanı avtomobil vurub

Lənkəran. 5 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisələrdən biri Lənkəran şəhərinin Səttarxan küçəsində, digəri isə rayonun Ləj kəndində qeydə alınıb.

Belə ki, 06 BD 375 dövlət qeydiyyat nömrə nişanlı, "Opel Astra" markalı avtomobil tərəfindən 2007-ci il təvəllüdlü Elnur Hüseynli və anası, 1985-ci il təvəllüdlü Vüsalə Hüseynova vurulub. Hadisəni törədən sürücü müxtəlif dərəcəli bədən xəsarətləri almış yaralıları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ancaq sonradan dərman almaq adı ilə çıxıb və geri qayıtmayıb. Ana və oğlu Lənkəran RMX-nin Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Digər hadisə isə "Mercedes" markalı avtomobil tərəfindən törədilib və sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onlardan biri Lənkəran RMX-nin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralıların ad və soyadları hələlik məlum deyil.  

Hər iki faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi