Lənkəran sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb

Hadisə
  • 04 may, 2018
  • 07:26
Lənkəran sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb

Lənkəran. 4 may. REPORT.AZ/ Lənkəran sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Liman şəhəri ərazisinə yerləşən təkər təmiri sexində baş verib.

Belə ki, 1969-cü il təvəllüdlü Habil Murtuza oğlu Səfərov avtomaşının təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb.

Nəticədə H.Səfərov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb. 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

44 filmi