Lənkəran sakini borca görə qonşusu tərəfindən bıçaqlanıb

Lənkəran sakini borca görə qonşusu tərəfindən bıçaqlanıb Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır
Hadisə
9 Mart , 2016 20:41
Lənkəran sakini borca görə qonşusu tərəfindən bıçaqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Ləkəranda bıçaqlanma hadisəsi olub. "Report" xəbər verir ki, rayonun Şirin-su qəsəbəsinin sakini, 30 yaşlı Əliyev Hikmət Rahib oğlunun qonşuları olan ata və iki oğul arasındakı mübahisəsi qanla qurtarıb. 

Yaxınlarının dediyinə görə, Hikmət Əliyev verdiyi borcun geri qaytarılmasını istədiyi üçün aralarında mübahisə yaranıb. Ətrafdakılar onları ayırmaq istədikdə Fərid və Əyyub adlı qardaşlardan biri ona bədən xəsarəti yetirib. Çoxlu qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq ona qarının epiqastral nahiyəsində deşilmiş-kəsilmiş yara diaqnozu qoyulub. H.Əliyev dərhal əməliyyata alınıb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi