Lənkəranda 32 yaşlı kişi qətlə yetirilib
Hadisə
- 26 iyun, 2022
- 15:49
İyunun 26-da saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Q.Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək
Fərdi08:54
Cənubi Koreya Prezidenti İranla münaqişədə iştirak üçün qoşun göndərməyi istisna edib
Digər ölkələr08:45
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə08:40
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.09.2026)
Maliyyə08:14
Foto
Bakıda 18 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:09
Kubanın XİN başçısı: Rubionun kubalıları iradəsinə tabe etmək cəhdi uğursuzluğa məhkumdur
Digər ölkələr07:41
Finlandiya xüsusi təyinatlıları Baltik dənizində təlimlər keçirib
Digər ölkələr07:15
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika06:39