Lastayev: Qəzaya uğramış AZAL-a məxsus təyyarənin pilotlarının danışıqlarının stenoqramları bütün tərəflərdədir

Lastayev: Qəzaya uğramış AZAL-a məxsus təyyarənin pilotlarının danışıqlarının stenoqramları bütün tərəflərdədir Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin pilotlarının danışıqlarının stenoqramları araşdırmada maraqlı olan bütün tərəflərdə var.
Hadisə
19 fevral 2025 07:44
Lastayev: Qəzaya uğramış AZAL-a məxsus təyyarənin pilotlarının danışıqlarının stenoqramları bütün tərəflərdədir

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin pilotlarının danışıqlarının stenoqramları araşdırmada maraqlı olan bütün tərəflərdə var.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

"Stenoqramlara gəlincə, onlar bütün maraqlı tərəflərin əlindədir. Burada heç bir qeyri-obyektivlik ola bilməz. Bunlar deşifrələmənin aparıldığı Braziliyadan olan mütəxəssislər, bizim, Azərbaycandan, Rusiyadan, ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) olan mütəxəssislərdir. Bütün tərəflərdə bu stenoqramlar var", - T.Lastayev hadisənin araşdırılması üzrə ilkin hesabata pilotların kabinədəki danışıqlarının daxil edilməməsinin səbəbi ilə bağlı suala cavabında bildirib.

Son xəbərlər

Orphus sistemi